Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Media ilə əməkdaşlığa güvənirik – Gömrük şefi

Baxılıb: 702     Tarix: 13-06-2018 10:17   

Hər il 5 milyon 400 min nəfərə xidmət edirik.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, 26 il fəaliyyətə baxmayaraq Gömrük Komitəsi böyük və uğurlu yol qət edib:
"Media ilə əməkdaşlığımıza güvənirik. Ümid edirəm ki, çoxfunksiyalı gömrük qurumlarının gördüyü işləri işıqlandırmaq üçün sizlərə sərhəd-keçid məntəqələrində şərait yaradılacaq. Bu istiqamətdə gömrük orqanlarının fəaliyyətinə şahid ola biləcəklər. Jurnalistlər 3-4 saat ərzində hətta "gömrükçü" kimi çalışa bilərlər. Biz hər il 5 milyon 400 min insana xidmət edirik".
Daha sonra Mətbuat Şurasını rəhbəri Əflatun Amaşov çıxış edərək gömrük qurumlarının jurnalistlərə təşkil etdiyi maarifləndirici seminarların önəmli olduğunu deyib:
"Bir qrup jurnalistlərin bu seminarlara cəlb olunması eyni zamanda onların bu sahədən daha ixtisaslaşmış şəkildə yazmalarına şərait yaradacaq. Düşünürəm ki, bu, qurumlar üçün də önəmlidir. Zənnimcə, səfərlərin artırlması da diqqətdə saxlanılmalıdır. Xüsusilə Gürcüstan, İran istiqamətinə jurnalistlərin media turlarının təşkili daha yaxşı olardı".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar