Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

DÜŞMƏN ERMƏNİ ORDUSUNUN GÜCÜ BARƏDƏ MİF ƏSLİNDƏ NƏ VAXT DAĞILIB

Baxılıb: 1 341     Tarix: 11-01-2021 10:54   
​​​​ 
Yola saldığımız 2020-ci il Azərbaycan istisna olmaqla dünya ölkələrinin bir çoxunun yaddaşında bəlkə də tarixin çox da xoş olmayan ili kimi qalacaq – “Dərkənar” qəzetinə müsahibə verən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadi məsələlər üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Mikayıl Zeynalov bu qənaətdə olduğunu bildirib.
Arayış:
Zeynalov Mikayıl Gəray oğlu 06.02.1970-ci ildə Laçın rayonunun Qovuşuq kəndində anadan olub. Orta məktəbi həmin rayonun Hacıxanlı kəndində bitirib.
1988-1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
1992-ci ildə Bakı Maliyyə İqtisad Kollecini (fərqlənmə diplomu ilə), 2000-ci ildə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (fərqlənmə diplomu ilə), 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirib.
2011-ci ildə “Dövlət hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1992-ci ilin avqustundan Respublika Əmanət Bankının Qaradağ rayon şöbəsində böyük mühasib, baş iqtisadçı, baş təftişçi vəzifələrində çalışıb.
1993-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən Beyləqanın müdafiəsi və Fizuli rayonunun bir neçə kəndinin: Böyük-Bəhmənlinin, Yağlıvəndin, Arayatlının, Babının, Horadizin, Əhmədalıların, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından təmizlənməsində fəal iştirak edib.
1994-cü ilin aprel ayının 21-də Horadiz kəndi yaxınlığında gedən döyüşdə güclü xəsarət alıb.
1997-ci ilin avqust ayından 2009-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi, şöbə müdiri, sektor müdiri vəzifələrində çalışıb.
1999-cu ildə Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində Qobustan Bələdiyyəsinə üzv seçilib və 2003-cü ilədək burada ictimai əsaslarla üzv olub.
2009-cu ilin fevral ayından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin Fiskal, monetar və qiymət siyasəti sektorunda böyük məsləhətçi, 2011-ci ilin aprel ayından həmin şöbədə Mənzil-kommunal siyasəti sektorunun müdir əvəzi, 2011-ci ilin oktyabr ayından Mənzil-kommunal siyasəti şöbəsinin Kommunal siyasəti sektorunun müdiri, 2013-cü ilin mart ayından 2014-cü ilin aprel ayının 14-nə kimi həmi şöbənin müdir müavini vəzifəsində çalışıb.
1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasını üzvüdür. YAP Qaradağ rayon təşkilatının Şura üzvüdür.
2015-ci ildən YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.
 
- Mikayıl müəllim, yola saldığımız 2020-ci ili ümumilikdə necə xarakterizə edərdiniz, dünya və Azərbaycan üçün hansı əsas hadisələrlə yaddaqalan oldu?
- 2020-ci il Azərbaycan istisna olmaqla dünya ölkələrinin bir çoxunun yaddaşında bəlkə də tarixin çox da xoş olmayan ili kimi qalacaq. 2019-cu ilin dekabr ayından Çində yayılmağa başlayan və 2020-ci ilin ilk günlərindən insanların həyatına ən böyük təhdid yaradan yeni bir virus növü haqda hər birimiz xəbərdarıq. Koronavirus pandemiyası və onun gətirdiyi qlobal sosial-iqtisadi təsirlər, məhdudiyyətlərin tətbiqi ilə yeni gündəlik həyat normaları, dünyada fəlakətlər və bütün bunların fonunda son 90 ildə ən böyük iqtisadi geriləmə ilə yadda qaldı. Koronavirus pandemiyası, özünün hərbi gücü və müasir silahlı qüvvələri ilə öyünən hegemon dövlətlərdə belə yüz minlərlə insanın həyatına son qoydu.
Azərbaycana gəldikdə isə deyə bilərəm ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradə nəticəsində 2020-ci ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış edərək, dövlətləri pandemiyaya qarşı birlikdə mübarizə aparmağa çağırdı. Koronavirus pandemiyasına qarşı mübarizədə Prezidentimizin dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.
Prezidentimiz İlham Əliyevin xarici və daxili siyasətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər dövlətimizin beynəlxalq hüququn norma və prinsiplərinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Cənab Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, siyasi gücü və beynəlxalq təşkilatlar qarşısında tutarlı dəlillərlə erməni rəhbərlərinə verdiyi dərs, bizə əsl qürur hissi yaşatdı.
Yüksək templə inkişaf edən və beynəlxalq səviyyədə nüfuzu gündən-günə artan dövlətimizin sosial-iqtisadi inkişafı ilə yanaşı, milli təhlükəsizlik məsələləri, işğal altında qalmış ərazilərimizin işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması 2020-ci ildə reallaşdığı üçün ötən ilin Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb etdiyini heç vaxt unutmayacağıq və heç şübhəsiz ki, 2020-ci il Azərbaycan üçün kifayət qədər uğurlu il olub.
Bütün Azərbaycan xalqı, istər Azərbaycanda, istərsə də digər ölkələrdə yaşayan azərbaycanlıların hər biri 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qəhrəman əsgərlərimiz tərəfindən işğal altında olan ərazilərimizin uzun illər həsrətini çəkdiyi öz sakinlərinə qovuşduğu bir tarixə qürur və sevinc hissi ilə şahidlik etdi.
- Torpaqlarımızın işğal altında olduğu dövrdə Siz bir keçmiş döyüşçü kimi gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə əhəmiyyətli töhfə vermisiniz. Hələ bu ilin iyul ayında televiziya verilişlərindən birində Azərbaycanın Tovuz rayonu ərazisində ermənilərin törətdikləri silahlı təxribatlardan danışdığınız vaxt demişdiniz ki, Azərbaycan ordusu nəinki belə təxribatların qarşısını almağa, hətta əzəli torpaqlarımızı, o cümlədən İrəvanı da geri qaytarmağa qadirdir. Çox keçmədən zaman Sizin haqlı olduğunuzu göstərdi. İndi artıq ermənilər Zəngəzura, Göyçəyə görə narahatdırlar. Bu və digər dedikləriniz doğru çıxdıqca tələbə-gənclərin Sizə münasibətində hansı dəyişiklikləri müşahidə edirsiniz?
- Biz hamımız, başda Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun gücünə və qüdrətinə inanırıq. İnanırıq ki, işğal altında qalmış ərazilərimizi cəmi 44 gün ərzində düşmən tapdağından təmizləyərək düşmənə diz çökdürən və ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Silahlı Qüvvələri hər an döyüş tapşırıqlarını yüksək peşəkarlıqla icra etməyə qadirdir. Buna artıq heç kimin şübhəsi yoxdur. Azərbaycan gəncləri bu qələbədən sonra daha da ruhlanacaq və vətənin keşiyində duran hər bir gənc əsl vətənpərvərlik nümunəsi nümayiş etdirəcək. Bu işdə hər birimizin üzərinə müxtəlif vəzifələr düşür ki, biz də bu vəzifələri layiqincə yerinə yetirməliyik.
Hesab edirəm ki, hər bir vətənpərvər insan, yaşadığı hər gün özü-özünə sual verməlidir: Mən bu gün Vətən üçün nə etdim? Bu sualın cavabı isə təhlil edilərək növbəti günlər üçün fəaliyyət planını qurulmalıdır. Hər birimiz potensial imkanlar hesabına müxtəlif zamanlarda müəyyən peşə və bacarıqlara yiyələnirik və əldə etdiyimiz bacarıqların əsas hissəsini vətənimizə həsr etməliyik. Mən də gənc yaşlarımda əldə etdiyim fiziki bacarığımı və imkanlarımı səfərbər edərək I Qarabağ müharibəsi zamanı, vətənimizin ağır günündə vətənpərvər bir vətəndaş kimi döyüşlərə qatıldım. Bu gün isə ziyalı və keçmiş döyüşçü kimi gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əlimdən gələni əsirgəmirəm. İnanıram ki, gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması işində mənim də zərrə qədər də olsa xidmətim olacaq.
- Ermənilər ərazimizi işğalda saxladıqları dönəmdə öz ordularının gücü barədə mif yaratmağa çalışırdılar. Amma Siz onlarla döyüşdə üz-üzə gəlmisiniz, düşməni tanıyırdınız. Hesab etmirsiniz ki, bu mif yalnız indi deyil, çox-çox əvvəl – Azərbaycan ordusunun vahid komandanlığının formalaşmağa başladığı 1994-cü ilin yanvarında Füzuli rayonunun xeyli hissəsinin azad olunduğu vaxt dağılmışdı?   
Ulu öndər Heydər Əliyev ikinci dəfə, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldikdən sonra orduda vahid komandanlıq yaranmağa başladı və bunun nəticəsində 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən gecə Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək işğal altında olan Füzuli rayonunun 22 kəndini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmən tapdağından azad etdi və bununla da ermənilər atəşkəsə razılıq verməyə məcbur oludular. Həmin döyüşlər zamanı, erməni ordusunun gücü barədə mif qismən dağıdıldı. Son döyüşlər isə bu mifi tamamilə darmadağın etdi.
- UNEC-in məzunları sırasından həm I, həm II Qarabağ müharibələrinin şəhidləri, əlilləri, iştirakçıları az olmayıb. Eləcə də hazırki tələbələr sırasında bu qəbildən olan insanların ailə üzvləri vardır. Universitet onlar üçün hansı güzəşt və imtiyazlar tanıyır?
- Allahdan hər bir Şəhidimizə rəhmət diləyirəm və onların valideynləri qarşısında baş əyirəm. Qazilərimizə isə uzun ömür, cansağlığı arzulayıram. Bu qəbildən olan insanlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur. Hazırda, digər dövlət ali təhsil müəssisələrində olduğu kimi, UNEC-də də şəhid və qazilərimizin övladları normativ təhsil müddətində təhsil haqqından tamamilə azaddılar. Onlar daim UNEC rəhbərliyinin diqqət mərkəzindədir.
- Bir az öncə UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, əslən laçınlı Yusif Cəfərbəylinin televiziyada təsirli çıxışı diqqətimi çəkdi. Siz də əslən Laçındansınız. Rayonun azad olunması Sizə necə təsir bağışladı?
- Təbii ki, hər bir insan üçün onun doğulduğu torpaq xüsusi ilə əhəmiyyətlidir. Laçın rayonu da mənim üçün dogma və əzizdir. Azərbaycanımızın itirilmiş torpaqları, o cümlədən Laçın rayonu işğaldan azad edildikdən sonra uzun illər qəlbimizdə yaşatdığımız kədər, qəm və qüssə artıq sona yetib. İndi hamı kimi, mən də özümü xoşbəxt hiss edirəm.
- Son olaraq, KİV tribunasından xalqımıza Yeni il arzularınızı bildirməyinizi istərdik.
- Yeni 2021-ci ildə xalqımıza firavanlıq, hər bir vətəndaşımıza şəxsi həyatında və işlərində  böyük uğurlar, xoşbəxtlik arzulayıram.
 
Müsahibəni apardı:
Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar