Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Azərbaycan öz qələbəsilə bütün dünyaya güclü dövlət olduğunu sübut etdi"

Baxılıb: 366     Tarix: 11-10-2021 15:15   

İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə

"Ölkəmizin Vətən müharibəsində qazandığı tarixi zəfər yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar hər bir sahəni əhatə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü cəmi 44 gün ərzində bərpa olunması ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı hesab edilməlidir. Buna görə də bir sıra yeni yanaşmalar həyatımız üçün zəruri hala çevrilib. Azərbaycan öz qələbəsilə bütün dünyaya güclü dövlət olduğunu sübut etdi. İşğalla barışmayaraq öz ərazi bütövlüyünü təmin edən ölkəmiz müasir dünyanın nüfuzlu ölkəsi kimi tanınmaqdadır".
Bu sözləri Sonxeber.az-a açıqlama verən millət vəkili Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində tarixi ədalət bərpa olunub:
"Vətən müharibəsindəki tarixi ədalətin bərpası SSRİ dövründə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ" ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı.
Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb.
Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil ölkədir. Müstəqilliyimizin tarixi isə artıq 103 ildən çoxdur. Bu əsasda 28 may tarixinin bundan sonra Müstəqillik Günü adlandırılması daha məqsədəuyğundur. Çünki Azərbaycan məhz 28 may 1918-ci il tarixində mütəqil dövlət olaraq elan olunub. Sovetlər birliyi süqut etdikdən sonra Azərbaycan yenidən öz müstəqiliyini bərpa edərkən 18 oktyabr Müstəqillik Günü adlandırılmışdı. Əslində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub.
Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Qəbul edilərkən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı "müstəqilliyin bərpası" əvəzinə, "müstəqillik aktı" kimi qəbul olunub. Nəzərdə tutulan yeni düzəlişlə məhz bu uyğunsuzluq aradan qaldırılmış olacaq. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunması düzəliş nəticəsində təmin ediləcək. Burada mühüm məqamlardan biri də odur ki, qəbul ediləcək düzəliş ermənilərin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq, 2 sentyabr 1991-ci il tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxaracaq.
Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir.
18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa edən müasir Azərbaycanın 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdış perspektivi üçün əsasları daha da gücləndirəcək.
Mahiyyət etibarilə, 28 may 1918-cil və 18 oktyabr 1991-ci il tarixlərində baş vermiş hadisələr bir-birindən fəqlənir. 18 oktyabr tarixinin də Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi daha düzgündür. Bu hər iki hadisənin yeni qaydada təsbit edilməsi, eyni zamanda, yetişən gənc nəslin hadisələrin tarixi mahiyyətini daha əhatəli şəkildə dərk etməsi ilə nəticələnəcək.
Bundan əlavə, dünyanın əksər ölkələrində məhz müstəqil dövlətin yaradılış günləri Müstəllik Günü olaraq qeyd olunur. Misal olaraq ABŞ-ı göstərə bilərik. Bu ölkədə dövlətin yaranma günü "İstiqlaliyyət Günü" kimi qeyd edilir. 1918-ci ildə Azərbaycanla eyni gündə öz müstəqilliyini elan etmiş qonşu Gürcüstanda da məhz milli dövlətin yaranma günü "Respublika günü" deyil, "Müstəqillik günü" adlandırılır".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

Qanunvehedef.azшаблоны для dle 11.2