Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tofiq Salmanov: “Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu”

Baxılıb: 925     Tarix: 11-05-2022 17:35   

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Bu gün Ümummilli liderimizin andan olmasının 99-cu ildönümündə bütün qədirbilən Azərbaycan xalqı kimi mədəniyyət xadimləri, incəsənət adamları da Ulu Öndəri şükranlıqla xatırlayırlar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 saylı musiqi məktəbinin direktoru Tofiq Salmanov əməkdaşımızla söhbətində Heydər Əliyevin mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyini deyib:
 “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi.  Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli olacaqdılar. Necə ki, oldular da”.


Tofiq Salmanov xatırladıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verib:
“Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular. Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı”.
Həmsöhbətimiz məmnunluq hissi ilə vurğulayıb ki, Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir:
“2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi inşa olunur, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarında güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir. Ən başlıcası, 2020-ci ilin payızında Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Qarabağ, Şərqi Zəngəzur, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan azad olunmuş, ümummilli liderimizin ən ümdə  arzusu həyata keçmiş, vəsiyyəti yerinə yetirilmişdir”.


Tofiq müəllimdən söhbətin sonunda rəhbərlik etdiyi musiqi təhsili müəssisəsinin kollektivinin son dövrdə əldə etdiyi nailiyyətləri barədə də məlumat aldıq:
“2022-ci yanvar-mart ayları aralığında Rusiyada təşkil edilmiş «SolFest 2022» adlı solfecio və musiqi ədəbiyyatı müsabiqəsində S.Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbinin 5 şagirdi iştirak etmişdi. Olimpiadanın 14 martda elan edilmiş nəticələrinə görə bütün şagirdlərimiz müvafiq yaş kateqoriyalarına uyğun olaraq I yerlərə layiq görülmüşlər. Solfeciodan II sinif şagirdi Novruz Əmirəli, IV sinif şagirdi Hüseynli Fatimə, musiqi ədəbiyyatından III sinif şagirdi İsmayılzadə Elay, IV sinif şagirdi İmaməliyeva Əzizə, V sinif şagirdi Tahirzadə Fatimə I dərəcəli laureat sertifikatı, şagirdləri hazırlayan müəllimlər Manafova Gülnarə və Məmmədova Ləman minnətdarlıq sertifikatı ilə təltif edilmişlər.
Bu ilin fevral ayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Astana Grand Festival” VIII Beynəlxalq İncəsənət Müsabiqəsində uğur qazanıblar. Fortepiano ixtisası üzrə şagirdlər Sona Verdiyeva, İbrahim Məmmədov Beynəlxalq İncəsənət Müsabiqəsində II yerə layiq görülərək “laureat” adını qazanıb, “Diplom”la təltif olunublar. Münsiflər heyəti istedadlı şagirdlərin ixtisas müəllimləri Rəna Məmmədova və Səriyyə Nurizadəyə “Təşəkkürnamə” təqdim ediblər.
Mart ayında şagirdlərimiz  “Böyük Qafqaz İncəsənət və Rəqs kuboku Şəki 2022“ Beynəlxalq müsabiqəsində XÇA ansamblı I yer, Vokal-İinstrumental Ansambl I yer, “Duet” nominasiyasında Ayxan Bağırlı, Şəhriyar Axundzadə, İmran Hüseynov, Fatimə İsgəndərli I yer, “Solo ifa” nominasiyasında fortepianoda ifa üzrə Emin Nəsibli I, Hira Solxayeva və İbrahim Məmmədov II yer, violin alətində “Solo” ifa nominasiyasında Mehin Məmmədli I yer, Novruz Əmirəli II yer, Şahnisə Qurbanova III yer, nağarada “Solo” nominasiyasında Kənan Qaçayev I yer, xanəndə Sədi Məmmədli III yer, “Vokal” nominasiyasında Emin Nəsibli I yer, qanun alətində ifa üzrə Jalə Həsənzadə I yer, klarnetdə ifa üzrə Murad Əliyev III yerə layiq görülüblər.
Litva Cexiya və Qazaxıstanın təşkilatçılığı ilə keçirilən “New Vısıon Contest” Beynəlxalq müsabiqədə fortepiano ixtisası üzrə müəllim Camalova Elnarənin şagirdləri Nağızadə Pəri 1-ci ,Nuriyeva Fatimə 2-ci yerə layiq görülüblər. Fortepiano ixtisası üzrə müəllim Həmidova Zeynəbin şagirdləri Mehdizadə Səmra Keyvani Nika və Əliyeva Ayla Litva Cexiya və Qazaxıstanın təşkilatçılığı ilə keçirilən “New Vısıon Contest” Beynəlxalq müsabiqədə 2-ci yerə layiq görülüblər.
Mayın 5-də məktəbimizdə 9 may Qələbə gününə və Şuşa  ilinə həsr olunmuş tədbir keçirilib.Tədbirə Vətən müharibəsinin iştirakçıları qazilər Qərib Tağıyev və Rüstəm Əhmədli  dəvət olunmuşdu. Konserti Nəzəriyyə şobəsinin müəllimi Ləman Məmmədova hazırlamışdı.Uşaqların bir birindən rəngarəng çıxışları izləyicilər tərəfindən maraqla qarşılandı.
Bu gün isə məktəbimizdə Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi”adlı konsert keçirildi. Xanəndə ixtisası üzrə müəllim Tural Hüseynovun, onu müşayiət edən Ayxan Tağıyevin, İsrafil Quliyevin ifası çox bəyənildi”.

Mehman Ziyadovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər