Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük məscidi açıldı - Fotolar

Baxılıb: 525     Tarix: 13-08-2022 08:56   

Qazaxıstanda Orta Asiyanın ən böyük məscidi olan Böyük Nur-Sultanın açılış mərasimi baş tutub.
Qanunvehedef.az “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimdə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev də iştirak edib. Açılışdan sonra məsciddə cümə namazı qılınıb.
Təxminən 68 min kvadratmetr sahədə inşa edilən Böyük Nur-Sultan məscidi Orta Asiyanın ən böyük məscidi olması ilə yanaşı, dizayn və memarlıq baxımından da dünyanın ən böyük 10 məscidi sırasındadır.
Məsciddə İslam memarlığı ilə ənənəvi qazax motivlərini birləşdirən dizayn əsasında 25 milyon şüşə mozaika ilə hazırlanmış və Allahın 99 adının həkk olunduğu Qiblə divarı diqqəti çəkir.
Məscidin əsas çilçırağı da ölçüsünə və 1,5 milyon kristalına görə dünya rekorduna malikdir. Eyni zamandan məscid Hindistanda təqribən 5 min nəfərin əl işi olan oval naxışlı xalçası ilə ziyarətçiləri valeh edir.
İslam Muzeyi, kitabxana, nikah salonu, Quran dərsləri, konfrans zalı və qapalı dayanacaqdan ibarət olan Böyük Nur-Sultan məscidi ölkənin yeni simvollarından birinə çevriləcək.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar