Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar...

Baxılıb: 986     Tarix: 13-10-2026 14:59   

Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"nda dəyişiklik edib.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşib.

Belə ki, siyahıya Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla, raritet avtonəqliyyat vasitələrinin idxalı, eləcə də xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı əlavə edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar