Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əməkdar artistə yeni vəzifə verildi

Baxılıb: 876     Tarix: 23-11-2023 14:57   

Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.
Qanunvehedef.az xəbər verir ki, müvafiq əmri mədəniyyət naziri Adil Kərimli imzalayıb.
Qeyd edək ki, R. Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bakalavr, Gürcüstan Musiqi Akademiyasında vokal ixtisası üzrə magistr təhsili alıb. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasından siyasi idarəetmə ixtisası üzrə məzun olub.
Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparıcı solisti kimi başlayıb. 2004-cü ildən Azərbaycan Teleradiosunun C.Cahangirov adına Xor kollektivində solist olaraq fəaliyyət göstərib.
R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar