Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dünən nə danışdıqları məlum oldu

Baxılıb: 846     Tarix: 04-07-2025 11:08   

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
Qanunvehedef.az Rusiya KİV-ə istinadən xəbər verir ki, liderlər arasındakı söhbət təxminən bir saat davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, danışıq zamanı Tramp Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılması məsələsini qaldırıb, Putin isə Moskvanın Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti, həmçinin qeyd edib ki, Moskva münaqişənin səbəblərini aradan qaldırmaq üçün öz məqsədlərindən geri çəkilməyəcək.
Uşakov vurğulayıb ki, onlar Amerikanın Ukraynaya silah tədarükünün dayandırılması mövzusunu və Moskva ilə Kiyev arasında danışıqların üçüncü raundunun tarixini müzakirə etməyiblər.
Müzakirə olunan mövzulara Suriya, İran və bütövlükdə Yaxın Şərqdəki vəziyyət də daxil edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar