Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp: “Putinlə apardığım söhbətdən çox məyus oldum”

Baxılıb: 673     Tarix: 04-07-2025 11:56   

“Rusiya Prezidenti Vladimir Putinlə apardığım söhbətdən çox məyus oldum”.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Putinlə telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs istiqamətində heç bir irəliləyiş əldə etməyib və Rusiya lideri Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil:
“Danışıq zamanı heç bir irəliləyiş əldə etmədim. Onun dayanmaq istəmədiyini düşünürəm və bu, çox pisdir. Bir çox məsələləri müzakirə etdik, o cümlədən İran barəsində də danışdıq. Amma mən bu gedişatdan məmnun deyiləm”.
Tramp, həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırdığını da bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar