Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Prezidenti Ərdoğanın müşavirinin vəziyyəti ağırlaşdı

Baxılıb: 779     Tarix: 07-07-2025 11:45   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yiğit Bulud xəstəxanaya yerləşdirilib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb. Onun xərçəng xəstəsi olduğu, özəl xəstəxanalardan birində müalicə aldığı və son həftələrdə vəziyyətinin pisləşdiyi bildirilir.
Nəşrin məlumatına görə, Ərdoğan Buludun müalicə prosesini yaxından izləyir. İyulun 5-də dövlət başçısı səhiyyə naziri Kamal Memişoğlu ilə birgə onun müalicə aldığı özəl xəstəxanaya baş çəkib.
Qeyd edək ki, 53 yaşlı Y.BuluD bir sıra media orqanlarında iqtisadi şərhçi kimi fəaliyyət göstərib. 2013-cü ildə Türkiyə Baş nazirinin baş müşaviri, 2014-cü ildə isə Prezidentin iqtisadi məsələlər üzrə baş müşaviri təyin edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar