Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İbrahim Kalın sabah Bağdada gedəcək

Baxılıb: 950     Tarix: 07-07-2025 15:22   

Türkiyədə PKK terror təşkilatının özünü ləğv etməsindən sonra Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iyulun 8-i Bağdada gedəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Qeyd olunur ki, PKK-nın yaxın günlərdə silahı yerə qoyacağı gözlənilir. İ. Kalın isə tərksilah prosesini koordinasiya etmək üçün Türkiyə ilə İraq arasında əlaqə qurur.
Xatırladaq ki, bu ilin fevralın sonlarında PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK/PYD terror təşkilatının lideri Salih Müslim isə “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, - deyə bildirib.
Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb.
PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar