Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyada intihar edən nazirin - Son yazışması

Baxılıb: 604     Tarix: 11-07-2025 11:21   

Bir neçə gün əvvəl işdən çıxarılandan sonra intihar edən Rusiyanın nəqliyyat naziri Roman Starovoytun ölümündən əvvəl son yazışması ortaya çıxıb. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Mərhum rusiyalı nazir Nəqliyyat Nazirliyinin ümumi çat qrupunda həmkarlarına bir növ vida məktubu göndərib.
“O, ölkə üçün faydalı işlə məşğul olduğunu yazıb və söhbəti “Mənim şərəfim var” ifadəsi ilə bitirib”, - vida mərasimində iştirak edən əməkdaşlardan biri deyib. 
Qeyd edək ki, R.Starovoy iyulun 7-də Rusiya dövlət başçısının fərmanı ilə vəzifəsindən azad olunub. İşdən çıxarılmanın səbəbləri açıqlanmayıb, lakin belə bir versiya var ki, hüquq-mühafizə orqanları məmura qarşı ciddi ittihamlar irəli sürəcəkmiş. Elə həmin gün Starovoytun Moskva vilayətinin Odintsovo rayonunda meyiti tapılıb. İstintaqın əsas versiyası intihardır.
Xatırladaq ki, ötən gün keçmiş nazirlə vida mərasimi keçirilib və Vladimir Putin mərasimə əklil göndərib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar