Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Trampın Ukrayna ilə bağlı bu bəyanatını alqışlayırıq”

Baxılıb: 533     Tarix: 16-07-2025 10:26   

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı qərarını alqışlayır.
Qanunvehedef.a xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Kallas Trampın Ukraynaya daha çox silah göndərilməsi ilə bağlı bəyanatını alqışlayır, lakin Vaşinqtonun Kiyevə yardımın maliyyələşdirilməsinə də töhfə verməsini istəyir: “Amma biz ABŞ-nin bu yükü paylaşmasını istərdik”.
Kallas amerikalıları Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O qeyd edib ki, Aİ Ukraynaya silah üçün pul ödəyirsə, bu, həmrəyliyin göstəricisidir və ABŞ də eyni addımı atmalıdır.
Qeyd edək ki, daha əvvəl ABŞ lideri bəyan etmişdi ki, Ukraynaya NATO ilə silah sazişi çərçivəsində ilk “Patriot” zenit-raket komplekslərinin tədarükü artıq başlayıb. Həmçinin bildirib ki, “Patriot” sistemləri Ukraynaya Almaniyadan göndərilir və ABŞ bu tədarüklərə görə tam
 həcmdə ödənişlər alır.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar