Azərbaycanda tükürpədici həkim səhvi – Əsəbi zəif olanlar oxumasın!
Baxılıb: 641 Tarix: 02-05-2018 17:08
Azərbaycanda 33 yaşlı oğlan həkim səhvinin qurbanı olub. O, əməliyyat keçirdiyi "Baku Medical Plaza"nı və əməliyyatı həyata keçirmiş həkim Ruslan Yusifovu məhkəməyə verib.
şİkayətçi Bizimyol.info saytına bildirib ki, məhkəmə onun hüquqlarını bərpa etməyib.
V.B. (şikayətçinin istəyinə əsasən, adını şəri təqdim edirik) deyir ki, cərrahiyyə əməliyyatında sfinkterin həkim seriştesizliyi üzünden ciddi zədələnməsi səbəbindən düz bağırsağın qapayıcı aparatının çatışmazlığı (II-III dərəcə anal sfinkter çatışmazlığı) yaranıb.
Onu sözlərinə görə, o, anus ətrafı bir nahiyədən qanlı irinli axıntının olması şikayəti ilə təcili Milli Onkologiya Mərkəzinə müraciət edib. Orada müayinədən sonra ona cərrah proktoloqa müraciət etməyi məsləhət görüblər. O da Mərkəzi Neftçilər Xəstəxanasının Proktologiya şöbəsinin həkimi Ruslan Yusifova üz tutub: "Ruslan Yusifov həmin şöbədə çalışan Seymur həkimi də dəvət etdi. Yaramı əllə müayinə edən Ruslan Yusifov dedi ki, mütləq cərrahiyyə əməliyyatı lazımdır. O bütün çətin veziyyet əməliyyatı uğurla etdiyini bildirərək özünü tərifləməklə əməliyya üçün onu seçməsini söyləyib. Ruslan əlavə etdi ki, çox sadə əməliyyatdır və şəxsən özü dəfələrlə bu cür əməliyyatlar edib".
Şikayəçi bildirir ki, həkim olan bacısı Məlahət MRT və fistuloqrafiyaya edilib-edilməyəcəyini soruşub, Ruslan həkim isə ehtiyac olmadığını bildirib. "Həkim məsləhət gördü ki, daha yaxşı avadanlıqlara görə əməliyyatı onun çalışdığı digər tibb müəssisəsində – "Baku Medical Plaza"da eləyək. Elə də elədim. Əməliyyatdan öncə ürək və ağciyərin fəaliyyəti yoxlanıldı, qan analizi alındı. Başqa müayinəler aparılmadı. Beləliklə, Ruslan Yusifov üzərimdə "Fistulektomiya" əməliyyatı apardı və dedi ki, uğurlu keçdi. Sadə fistulun olmaması ve fəsad yaranması barədə heç bir söz etmədi".
V.B. deyir ki, əməliyyatdan uzun müddət keçsə də, yara bitişmirdi, əyləşə bilmirdi, durumu əvvəlkindən də ağırlaşmışdı. Həkim deyib ki, narahatlığa əsas yoxdur. Xəstənin isə səhhətində yeni problemlər əmələ gəlib, nəcis və qazları saxlamaq mümkünsüzləşib".
Aylar sonra başqa həkimə müraciət edən V.B. başqa həkimdə müayinədən sonra aldığı cavabdan şoka düşdüyünü söyləyir: "Caspian İnternational Hospitalda çalışan həkim Emin Cavadov müayinədən sonra dedi ki, əməliyyatda sfinkter böyük zədələnib, ona görə düz bağırsağın qapayıcı aparatının II-III dərəcə çatışmazlığı yaranıb. Həkim təəccübləndi ki, sfinkterin bu şəkildə kəsilməsinə hələ rast gəlməyib".
V.B.-a bu fəsadın cüzi qismən də olsa, aradan qaldırılması üçün daha bir əməliyyatın vacib olduğu bildirilib. Məsləhət görülüb ki, Moskvada A.N.Rıjik adına Koloproktologiya Elmi Mərkəzinə müraciət etsin. Orada da eyni diaqnoz qoyulub: "Professor Kuzminov həkimin bu kobud səhvini qeyd edib ve nəticədə səhhətimdə baş vermiş dəyişikliyi aradan qaldırmaq üçün ağır kosmetoloji əməliyyata – anal sfinkter qüsurunun öz incə bud əzələsinden köçürürülməsi yoluyla aradan qaldırılmasına ehtiyac olduğunu bildirdi. Emeliyat zamanı bağırsağın da aylarca bedenden kenara çıxarılmış şekilde qalması da cavan xeste üçün psixoloji cehetden qebul edilmesi çetin olan emeliyatın bir parçası idi.
Professor bu əməliyyatın çox ağır olduğunu, sonunda da köçürülmüş əzələnin işləməmək ehtimalının da çox yüksək olduğunu bildirdi. Bütün bunlar onunla nəticələnib ki, həkim səhvi nəticəsində üçüncü qrup əlil olmuşam. Bütün proktoloq həkimlər də təsdiqləyir ki, sfinkterin 2/3-nin kəsilməsi insan həyatının məhv edilməsidir. Mən nə normal işləyə bilirəm, nə uzaq yol gedə bilirəm, nə də arzu etdiyimdə dostlarımla görüşə bilirəm…"
Bundan sonta o, məhkəməyə mürqciə edib: "Həkim səhvi mənim ətraf mühitdən, cəmiyyətdən qismen təcrid olunmağıma , böyük psixoloji sarsıntı keçirmeyime səbəb oldu. Aydındır ki, həkimin mənə vurduğu zərəri heç nə ilə ödəməsi mümkün deyil. Lakin belə qeyri-peşəkar həkimlərin öz əməllərinin nəticələrinə görə cavab vermələri, başqalarının da həyatını mənimki kimi məhv etməmələri, həkimin və klinikanın qismən də olsa, qanun qarşısında cavab verməsi üçün məhkəməyə müraciət etmək qərarı verdim", – əməliyyatdan sonra əlil olmuş V.B. belə deyir.
O, cavabdehlərdən maddi zərərə görə kompensasiya tələb edir. Eyni zamanda, istəyir ki, həkimin əməlində CM-nin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinin tərkibinin olub-olmamasının müəyyənləşdirilməsi üçün onun haqqında xüsusi qərardad çıxarılıb prokurorluğa göndərilsin.
Xətai Rayon Məhkəməsində hakim İlahə Abbasova həkimə və klinikaya qarşı iddianı təmin etməyib. "Hərçənd, məhkəmə-tibbi ekspertizasının da ortada həkim səhvini təsdiqləyən ekspert rəyi var. Hakim prosesin gedişində həkimi günahsız çıxartmaq üçün təkrar ekspertiza təyin edib. Aylar sonra verilən bu şübhəli rəy isə həkimin xeyrinə olub. Hakim də ona əsaslanıb, iddiaçılar olmadan keçirilen gizli prosesde iddianı rədd edib".
Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyilə baxılıb. İddiaçı tərəf prosesə Səhiyyə Nazirliyinin də cavabdeh kimi cəlb olunmasını istəyib.
"Səhiyyə Nazirliyinin də xəbəri olsun ki, klinikalarda nələr baş verir", – iddiaçının vəkili Aqil Layıcov bildirib.
Cavabdeh həkim Ruslan Yusifov və klinikanın nümayəndəsi nazirliyin prosesə cəlb olunmasını istəməyib. Hakim də Səhiyyə Nazirliyi ilə bağlı vəsatəti təmin etməyib.
Daha bir vəsatət isə yenidən ekspertiza keçirilməsi haqda olub: "Ortada iki bir-birinə zidd rəy var. Məhkəmə niyə onlardan birinə əsaslanıb? Bəs o birisi? Məntiq də deyir ki, əgər iki sübut arasında ziddiyyət varsa, onun hansı birinin doğru olduğunu mütləq müəyyənləşdirmək lazımdır. Bunun da yolu daha bir ekspertiza təyin etməkdir ve mehkemeye ekspertizadan ekspertlerin çağrılmasıdır".
İddiaçı tərəfin dediyinə görə, birinci instansiya məhkəməsində hakim heç bir ehtiyac duyulmadığı halda, təkrar ekspertiza təyin edib və həkimin xeyrinə olan rəy verilib.
Hakim bu vəsatəti də (3-cü ekspertiza) Ruslan həkimin və xəstəxananın vəkilinin etirazını da nəzərə alaraq təmin etməyib.
Sonda isə apelyadiya məhkəməsində Xətai Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığı elan olunub.
Həkim R.Yusifov səhvə yol verməsi barədə ittihamlarla razılaşmır. Deyir ki, mütləq müayinə metodlarının hamısından istifadə eləyib: "Hər bir cərrahiyyə əməliyyatı üçün göstərişlər və əks göstərişlər var. Qərarın qəbulu həm də əməliyyatın gedişindən asılıdır ve xəstənin yaxınlarının rəyini almaya bilərəm". Xəsənin bacısı isə Ruslan həkimin səhvlərini sadalayaraq deyir ki, fistulun həcminin və formasının aydınlaşması üçün lazım olan müayinələrin heç biri aparılmayıb ve sadəcə əl ilə müayinə müayinə olunaraq xəstəyə sadə fistul diaqnozu ile əməliyyat edilib".
V.B. qərardan Ali Məhkəməyə şikayət verib, kassasiya şikayəti də təmin olunmasa, bu işi Avropa Məhkəməsinə çıxarmaq niyyətindədir.

Ən çox oxunanlar
Son xəbərlər