Say-seçmə sənətkarımızın biri də getdi… - Millət vəkili
Baxılıb: 658 Tarix: 05-05-2018 18:16

Bu sözləri Qanunvehedef.az Kult.az-a istinadən millət vəkili Əli Məsimli uzun sürən xəstəlikdən sonra dünən gecə dünyasını dəyişən xalq artisti Fuad Poladovla bağlı danışarkən deyib. Deputat bildirib ki, Fuad Poladov həmişə sevilən və obyektiv insan olub:
“Azərbaycan teatr aləmində tək-tük qalan peşəkarlardan, öndə gedənlərdən, üzdə olan, həmişə ”gözə görünən” aktyorlardan biri olmaqla yanaşı, həm də şəxsən tanıdığım sənət adamları arasında dünyagörüşü, xarakteri və intellektuallığı ilə seçilən, şöhrətə gedən yolda həm də şəxsiyyəti formalaşmış obyektiv bir insan idi.
Öz unikal yaradıcılıq keyfiyyətləri ilə seçilən görkəmli sənət adamı, çox qabiliyyətli teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnələrində, eləcə də 40-dan artıq film və teleserialda yüksək sənətkarlıqla yaratdığı bir-birindən maraqlı obrazları ilə geniş tamaşaçı kütləsinin böyük rəğbət və məhəbbətini qazanmış Azərbaycanın xalq artisti, bir sıra nominasiyaların qalibi Fuad Poladovun vəfatı ilə əlaqədar ailəsinə, doğmalarına, əzizilərinə, dostlarına,yaxınlarına, sənətinin pərəstişkarlarına dərin hüznlə baş sağlığı verirəm! Allah rəhmət eləsin!
Onun haqda keçmiş zamanda danışmağı qəbul etmək çox çətindi. Fuad Poladov böyük sənətkar və gözəl bir insan kimi sevilir, seviləcək və xatirəsi əziz tutulacaq!”
Qeyd edək ki, Fuad Poladov uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.
Ən çox oxunanlar
Son xəbərlər