Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Leontyev: "Rusiya olmasaydı nə Ermənistan olardı, nə də bir erməni"

Baxılıb: 686     Tarix: 05-05-2018 22:23   
"Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub".  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri "Komsomolskaya Pravda" radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.
 
"Gəlin tam açıq danışaq. Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yük olub. Əgər Ermənistan belə edirsə, onda sərt olmaq lazımdır. Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq. Onlar bu gün son bəyanatına kimi siyasi karyerasında Rusiyanın əleyhinə olan bir adam üçün mitinq keçirirlər. Qeyd edim ki, onun son bəyanatı (Nikol Paşinyan-red) tamamilə əvvəl dediklərinə ziddir. Əgər onlar uzaqlaşmaq istəyirlərsə, onda buyursunlar və qardaş xalq olan Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar",-deyə M. Leontyev vurğulayıb.
 
O, Ermənistanın Rusiyadan başqa heç kimə lazım olmadığını söyləyib: "Siz, bizdən, Rusiyadan başqa heç kimə lazım deyilsiz. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi".  шаблоны для dle 11.2