Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Akif Nağı hakimiyyəti müharibəyə çağırdı: ya Qarabağ, ya ölüm!

Baxılıb: 676     Tarix: 12-05-2018 17:02   
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) V qurultayı keçirilib.
 
 
 
APA-nın məlumatına görə, QAT sədri Akif Nağı qurultayda məruzə ilə çıxış edib, görülən işlərlə bağlı hesabat verib, hazırkı vəziyyət, çıxış yolu və vəzifələrlə bağlı fikirlərini bildirib.
 
 
 
A. Nağı deyib ki, QAT hakimiyyəti müharibəyə başlamağa sövq etmək xətti həyata keçirir, ictimai rəyi bu yöndə hazırlamağa çalışır. O, "xalq diplomatiyası" və Sülh Platformasının yolverilməz olduğunu vurğulayıb. Türkiyəyə səfərlərdən bəhs edən A. Nağı İranın da Qarabağ məsələsinin həllində həlledici rol oynaya biləcəyini söyləyib: "Biz də bu istiqamətdə çalışırıq. İrana səfərimizdə də məqsədimiz bu olub. Bizim bir yolumuz var. Ya Qarabağ, ya ölüm!"
 
 
 
Qurultay nümayəndələri məruzə ətrafında çıxışlar edib, təkliflərini veriblər.
 
 
 
Sonda qətnamə qəbul edilib.  Qətnamədə qeyd edilir ki, QAT-ın cəmiyyətdə müharibənin labüdlüyü və mümkünlüyü, hakimiyyətin müharibəyə məcbur edilməsi, Qarabağın azadlığı naminə vahid iradənin formalaşdırılması, "xalq diplomatiyası", Sülh Platforması deyilən zərərli proseslərin qarşısının alınması istiqamətində fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun sayılsın. Eyni zamanda, hakimiyyətin Qarabağda azadlıq müharibəsinə başlaması üçün bütün ictimai təzyiq formalarından istifadə edilsin. Qətnamədə bu gün növbəti ildönümü tamam olan atəşkəs rejiminin birdəfəlik pozulması, müharibənin son qələbəyədək davam etdirilməsi, işğalçı Ermənistana qarşı dərhal azadlıq müharibəsinə başlanılması tələb edilib.  
 
 
 
Qurultayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qəbul edilən bəyanatda bildirilir ki, Azərbaycan cəmiyyəti və dövləti Azərbaycan Xalq Cümhuriyyəti qarşısında öz borcunu yerinə yetirərək Dağlıq Qarabağ və ətraf rayonların tezliklə işğaldan azad edilməsinə nail olmalıdır. Azərbaycan hakimiyyəti Azərbaycanın Paris (Versal) sülh müqaviləsi tərəfindən təsdiq olunmuş 1918-1920-ci illər dövlət sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır. Hakimiyyətdən beynəlxalq güclərin təzyiqi altında Azərbaycan parlamentinin 1918-ci il mayın 29-da İrəvanın Ermənistana verilməsinə dair qəbul etdiyi qərarın ləğv olunması ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırması da tələb olunub.
 
 
 
Qurultayda qəbul edilən Azərbaycan xalqına müraciətdə hər kəs QAT ətrafında birləşməyə, Qarabağın azadlığı naminə vahid gücə çevrilməyə çağırılıb.
 
 
 
Sonra QAT-ın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə nəticəsində A. Nağı yenidən QAT sədri seçilib. Qurultayda QAT Ali Məclisinin, Ağsaqqallar Şurasının, Mərkəzi Nəzarət Komissiyasının üzvləri seçilib. Ali Məclisin ilk iclasında İdarə Heyəti də formalaşıb.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar