Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DEPUTATDAN SABİQ NAZİRƏ ŞOK İTTİHAMLAR – “Vicdan problemi o dərəcə kritik həddə çatıb ki…”

Baxılıb: 522     Tarix: 12-05-2018 17:44   
“Bir var ki, yol çəkilməsi üçün ayrılan pulu mənimsəyən, bir də var ki, əhalinin kasıb təbəqəsinin pulunu mənimsəyəsən”
“Oxudum ki, o hətta ölmüş adamların da adına pensiya yazıb”
“Səlim Müslümovun korrupsiyaya bulaşması ilə bağlı rəsmi məlumatım yoxdur. Uzun illər prokurorluqda işləmiş bir insanam, ittiham aktı görməmişəm. Prokurorluğun rəsmi bəyanatını görməmişəm. Ölkə başçısı onu vəzifəsindən uzaqlaşdırıbsa, deməli ortada nəsə var. Korrupsiya ilə bağlı konkret cinayət faktlarından xəbərsizəm. Fərq etməz, ya Səlim Müslümov olsun, yaxud da bir başqası. Ölkə başçısı etimad edib dövlət büdcəsindən ayrılan vəsaitə sərəncam vermək hüququnu ona həvalə edibsə, o bu etibardan və vəzifə səlahiyyətlərindən irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməyərək korrupsiyaya qurşanırsa, qanun qarşısında cavab verməlidir”. Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvi Rafael Cəbrayılov deyib.
O bildirib ki, xalqa məxsus olan büdcə vəsaitini mənimsəmək düzgün deyil: “Bu büdcə vəsaiti, xalqın puludur. Onu mənimsəmək olmaz. Parlament bu pulu əlillər, sosial müdafiəyə ehtiyacı olan şəxslər, kasıblar üçün ayırıb. Söhbət pensiya, müavinətdən gedir. Bir var ki, yol çəkilməsi üçün ayrılan pulu mənimsəyən, bir də var ki, əhalinin kasıb təbəqəsinin pulunu mənimsəyəsən. Qanunvericiliyə görə, onun bu addımı cinayətdir. Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanununumuz var. Azərbaycanın hüquq siyasətində korrupsiyaya qarşı mübarizə əsas strateji xəttlərdən biridir”.
R.Cəbrayılov bildirib ki, hər bir cinayətkarın qanunla hüquqi problemi yaranırsa, həm də psixoloji problemi də yaranır: “Lakin bir məsələ var. Səlim Müslümovun cəmiyyətin həssas təbəqəsinin əlində olan cüzi pulunu mənimsəməsi ciddi mənəvi problemlərdən xəbər verir. İnternetdən oxudum ki, o hətta ölmüş adamların da adına pensiya yazıb. Düzdür bu məlumat mənim üçün rəsmi məlumat deyil. Rəsmi məlumat müstəntiqin, prokrorluğun məlumatıdır. Müstəntiq işləyən vaxtları mən də belə hadisələrlə rastlaşmışam ki, ölmüş adamların adına pensiya yazılıb. Ona görə də təəccüblənmirəm. Bu cür hallar onu göstərir ki, Səlim Müslümovun vicdan problemi o dərəcə kritik həddə çatıb ki, sonradan dönüb cinayət olub”.

AzPolitika.info qeyd edir ki, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi qüsurlar aşkarlayıb. Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib.
Hesabatda bildirilib ki, 2016-cı ili əhatə edən auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin eyni zamanda fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.
2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.
Sığortaolunanların sanatotriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı DSMF sistemindəki ciddi maxinasiya mexanizminin açıqlanması deməkdir. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya ödənməsi kimi hallar fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələridir.http://azpolitika.info/
 
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar