Ərdoğan ABŞ və İsrailə od püskürdü
Baxılıb: 562 Tarix: 19-05-2018 16:51
İstanbulda İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar sammiti keçirilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sammitdə çıxışında İsrail və ABŞ-ı sərt tənqid atəşinə tutub.
Ərdoğanın sözlərinə görə, səfirlik binasını Təl-Əvivdən Qüdsə keçirməklə ABŞ faktiki olaraq dinc fələstinlilərin qətlində iştirakçıya çevrilib.
“ABŞ Qüdslə bağlı qərarı ilə İsrailin kütləvi cinayətləri üçün bir növ zəmin yaratmış oldu. Vaşinqtonun əli günahsız fələstinlilərin qanına bulaşıb.
Təəssüflər olsun ki, ABŞ ədalətin bərqərar olması məqsədilə atılan istənilən addıma BMT Təhlükəsizlik Şurasında əngəl yaradır. Biz bir daha Fələstindəki vəziyyəti BMT Baş Assambleyasının gündəminə çıxarmaq niyyətindəyik .
Ədaləti üstün tutan bütün İslam dövlətlərinin bizə dəstək olacağına ümid edirik”, - deyə Ərdoğan bildirib.
Türkiyəli prezident günahsız fələstinlilərin qətlinə görə İsrail dövlətinin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl İsrail-Qəzza sərhədinə baş vermiş toqquşmalarda 62 fələstinli etirazçı qətlə yetirilib.
Ən çox oxunanlar
Son xəbərlər