Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün ABŞ-ın hədəfi olan ölkə prezidentini seçir

Baxılıb: 665     Tarix: 20-05-2018 09:17   

Bu gün Venesuelada prezident seçkisi keçirilir.
Qanunvehedef.az xəbər verir ki, ölkə növbəti 6 il üçün prezidentini və siyasi kursunu müəyyənləşdirəcək.
Seçkidə 4 namizəd iştirak edir: hazırkı prezident Maduro, müxalif Enri Falkon, mühəndis Reynaldo Kixada və keçmiş rahib Haver Bertuççi.
Ölkənin əsas müxalif qurumlarının birləşdiyi “Demokratik Birliyin Dəyirmi Masası” seçkilərə qatılmayıb və ölkə əhalisini seçkiləri boykot etməyə çağırıb.
Sosioloji sorğulara görə, əsas rəqabət Maduro və Falkon arasında gedəcək.
“Hinterlaces”in keçirdiyi sorğuya əsasən, Maduronun reytinqi 48, Falkonun 31 faizdir. 14 faiz isə Bertuççiyə səs verəcəyini deyib.
“Datanalisis” şirkətinin keçirdiyi sorğuda isə Maduronu seçicilərin 34, Falkon isə 41 faizi dəstəkləyib.
Qeyd edək ki, seçkilər neftin qiymətinin ucuzlaşması ilə Venesuelada çox böyük iqtisadi çətinliklərin yaşandığı, 3 il ərzində inflyasiyanın 13.000 (2014-2017-ci illərdə) faiz olduğu və ABŞ sanksiyalarının tətbiq edildiyi məqamda keçirilir.шаблоны для dle 11.2