Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Serbiya prezidenti: Qarabağ məsələsində Azərbaycanın yanındayıq

Baxılıb: 703     Tarix: 22-05-2018 14:41   

Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.
Qanunvehedef.az-ın xəbərinə görə, bunu ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisdə (MM) olan Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Azərbaycanda olmaqdan məmnunluq ifadə edən prezident Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu deyib.
O əlavə edib ki, iki ölkənin ən yüksək səviyyədə münasibətlərinin möhkəmləndirıməsi üçün imkanlar var və bu istiqamətdə lazımi addımlar atılır.
Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsinə göstərdiyi dəstəyə görə təşəkkürün bildirən prezident qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək.
“İnanıram ki, bu səfər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yeni təkan verəcək”.
Bunu isə MM-in sədri Oqtay Əsədov deyib.
Parlamentlərarası münasibətləri yüksək qiymətləndirən spiker beynəlxalq qurumlardakı əməkdaşlıqdan da razılıq edib.
O əlavə edib ki, həlli vacib məsələlərdə ölkələrimizin bir-birini dəstəkləməsi mühüm amillərdəndir. 



{sape_links}{sape_article}