Ələkbərovu təhdid edən məşhurlar işdən qovuldu
Baxılıb: 535 Tarix: 23-05-2018 16:02
“Sberbank” bir müddət öncə öz müştərilərinə hesabatını göndərərək, “Lukoyl”un səhmlərinin əldə saxlanmasının təhlükəli olduğunu bildirdi.
Qanunvehedef.az “Versiya” portalına istinadən xəbər verir ki, “Sberbank”ın analitikləri yaxın zamanlarda Vahid Ələkbərovun şirkətinin Oleq Deripaskanın “Rusal” şirkəti ilə eyni taleyi bölüşə biləcəyini iddia ediblər. Buna əsas səbəb kimi isə Ələkbərovun 2016-cı ildə Krımda özünün şərabçılıq biznesi üçün 36 hektarlıq sahə alması göstərilib:
“Maraqlı olan məqam odur ki, “Sberbank” niyə gözlənilmədən belə addım atıb? Bank təkcə müştərilərinə məlumat göndərməyib, həm də Ələkbərovun Krımdakı sahəsinin xəritəsini də dərc edib. Bu isə artıq xəbərdarlıq yox, donos kimi görünür.
Başqa məqam isə hesabatın müəllifi olan Aleks Fekin bundan öncə də digər şirkətlər haqqında çirkli hesabatlar hazırlamaqda ittiham olunmasıdır. Xüsusilə yarım il əvvəl onun “Rosneft” haqqında hazırladığı və məhdud sayda müştərilərə göndərdiyi hesabat əsl skandala çevrilmişdi.
Görünür, “Sberbank” rəhbəri German Qref belə hesabatların köməyi ilə özünün iqtisadi rəqiblərini məhv etməyi planlaşdırır. 68 yaşlı Vahid Ələkbərov bir müddət əvvəl yaxın zamanlarda xələfini hazırlayacağını və işlərdən geri çəkiləcəyini açıqlayıb. Deyəsən, artıq Qref “Lukoyl”u bu dəyişikliklərə görə yağlı tikə kimi görməyə başlayıb”.
***
Vahid Ələkbərovun “Lukoyl” şirkəti haqqında hesabat hazırlayan “Sberbank CİB” şirkətinin rəhbəri Aleksandr Kudrin vəzifəsindən uzaqlaşdırılıb.
Kudrinlə bərabər hesabatı hazırlayan analitik Aleksandr Fek də vəzifəsini itirib. “Sberbank”ın rəhbəri baş verənlərin bankın mövqeyi ilə uyğun gəlmədiyini bildirib.
Qeyd edək ki, Fek “Lukoyl”la bərabər, “Qazprom”, “Rosneft”, “Tatneft”, “Transneft”, “Başneft”, “Novatek”, “Qazpromneft” kimi şirkətlər haqqında hesabat hazırlayıb. “Lukoyl”la bağlı hesabatında o, şirkətin bir müddət öncə ABŞ sanksiyalarına məruz qalan “Rusal” kompaniyasının taleyini yaşayacağını deyib.
Fekə ən sərt reaksiyanı məhz “Qazprom” göstərib. Bundan sonra o, vəzifəsindən qovulub.
Ən çox oxunanlar
Son xəbərlər