Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ziya Məmmədovun şeirləri üzə çıxdı

Baxılıb: 617     Tarix: 01-10-2019 12:22   

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə etmişik.
Kult.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri təqdim edib.
Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq Quranı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verilən xəbər öz təsdiqini tapmışdı.
Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.
Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:
Nəsihət
Aldanma dünyada şərə, yalana.
Dadanma zibaya, zərə, talana.
Nadanın haqqını aqil olana
Zalımın haqqını qula ver, getsin.
***
Həyat dodağıma qonur ah kimi,
Bəzən nəğmə kimi, "Çahargah" kimi,
Nə fərqi qul kimi, ya da şah kimi -
Ömür də bir yoldu, yola ver, getsin.
***
Daraldı dostların sırası, sayı,
İndi dualardı qəlbimin payı,
Hafiz, nə edirsən qızıl sarayı
Aldanma bu keyfə, hala, ver, getsin.
***
Artıq payız fəslidir,
Yağış, külək, ayaz...
Könlüm dilə gəlir,
deyir yenə yaz...
Günəş yuxuludur, buludlar gümrah.
Darıxır budaqlarda mandarin, nar,
Qəlbimdə həsrətin kədəri var...
***
Əzizinəm dağdadı,
Arandadı, dağdadı.
Bülbül azıb meşədə,
Gülü isə bağdadı.
Əzizinəm, yar olsun,
Heyva olsun, nar olsun.
Dar gündə həyan olan
Köhnə dostlar var olsun.
***
Əzizinəm, qalasan,
Yaman günə qalasan.
Ötən günə gün çatmaz,
Günü-günə calasan.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar