Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Cavan yaşda vəfat edən azərbaycanlı məşhurlar - FOTOLAR

Baxılıb: 695     Tarix: 22-10-2019 11:55   

 Qanunvehedef.az gənc yaşda həyatını itirən müğənniləri təqdim edir:
Tanınmış müğənni Rüfət Mehdiyev 1 fevral 2011-ci il tarixində insultdan qəfil dünyasını dəyişib.


1991-ci il təvəllüdlü müğənni Əsgərli Sura İlham qızı özünü intihar edərək həyatına son qoyub. Gənc müğənni avqustun 23-də Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi 3 ünvanındakı evdə kimsənin olmadığı vaxt tavandakı taxtaya ip bağlayaraq özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları həmin gün axşam saatlarında aşkarlayıblar. 
Qeyd edək ki, 23 yaşlı Sura müğənni, həm də bəstəkar olub. Onun intihar səbəbləri heç kimə məlum deyil. 


Müğənni Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Yaxınlarının sözlərinə görə qəza zamanı zərbədən gənc müğənninin beyninə qan sızıb və bu da onun ölüm səbəbi olub.


25 dekabr 2015-ci il tarixində gənc müğənni Elvin Quliyev Bakıda yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Ölümü ilə hər kəsi şoka salan 26 yaşlı müğənninin intiharı haqda bir çox iddialar irəli sürülür. Onun kredit borcu olduğu üçün belə bir addımı atdığı bildirilir.Lakin yaxınları bildirib ki, müğənni sərxoş olduğuna görə evin eyvanından yıxılıb.


"Yeni ulduz-2" mahnı müsabiqəsinin qalibi, gənc müğənni Rəcəb Musayev yanvarın 8-i 2011-ci il tarixində axşam saatlarında Bakının Kürdəxanı-Ləhic bağları istiqamətində idarə etdiyi "Mercedes" markalı avtomobilində dəhşətli yol qəzasına uğrayıb. Ağır xəsarət alan Musayev Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya çatdırlıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Müsabiqənin səkkizinci buraxılışında yarışmış Leyla Ağamalıyeva da 22 avqust 2009-cu ildə Göyçay rayonunda dəhşətli avtomobil qəzasında, həyatdan köçüb.


Gənc müğənni Samirə Bayramova da vaxtsız həyatını itirən məhşurlar sırasındadır. 24 yaşlı müğənni sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub. Xətai rayonu ərazisində, Zığ yolunda "VAZ 2107", "Opel" və "QazEl" markalı avtomobillərin toqquşması nəticəsində həlak olan Samirə həzin səsi ilə bir çox tanınmış müğənnilərin diqqətini çəkib, onun ifa etdiyi mahnılar radiolarda səsləndirilib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər