Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Musa ilə gənc yaşımda ailə qurdum. Bəlkə də bu, mənim gəncliyimin səhvi idi"

Baxılıb: 527     Tarix: 24-10-2019 19:41   

Müğənni Təranə Qumral ilk dəfə efirdə keçmişindən danışıb.
Qanunvehedef.az baku.ws-ə istinadən xəbər verir ki, 5 yaşından anasız qalan sənətçi "Şou ATV" proqramında acı uşaqlığından və ilk həyat yoldaşından söz açıb.
"Atamız dəmir yolunda işləyirdi, elə olurdu gecələr də evə gəlmirdik. Çox qorxurduq. Bir tıqqıltıdan da qorxurduq. Göy guruldayanda elə bilirdik göy yerə, evin içinə töküləcək. Qaçıb stolun altında gizlənirdik. Stolun altında sığınacaq tapırdıq.
Məktəbə gedəndə düşünürdük ki, bəlkə bizim də anamız olsaydı, bizim də saçımızı belə gözəl hörərdi, belə gözəl geyinərdik.
Birinci həyat yoldaşım çox gözəl, əvəzsiz bir insan olub... Musa ilə gənc yaşımda ailə qurdum. Bəlkə də bu, mənim gəncliyimin səhvi idi... Bir dəfə ailəm dağılmışdı deyə, istəmədim ikinci ailəmi də dağıdım. Qısqanc həyat yoldaşı ilə bir ömür boyu addımlamaq asan deyil. Artıq 26 ildir, bundan sonra da nə deyirlər desinlər, biz ayrılası deyilik.
Musanın yolunda canımı qoymuşam. İçkini tərgitdirmək üçün saçımı süpürgə etmişəm. İçirdi özünə də, bizə də ziyan verirdi, evi-eşiyi dağıdırdı. Döyən deyil, bir az söyüşcüldür. Adi bir əşyanı söyür, yol gedərsə, yolu söyür.
Bilirsiz, bir ara Musanı öyrətdilər, barəmdə artıq-əskik danışdı. Saflığına düşdü, ama tez ayıldı. Anladı ki, həmin insanlar onu istəməyənlərdir, ailəsinə, həyatına son qoymaq istəyənlərdir.
Musanı içdən, daxilən tanıdığım üçün bağışladım. Kim mənə nə dedisə, mən onu bağışladım".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar