Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Xatirə İslam da fəxri ad alanlara ETİRAZ ETDİ : "Ad alanların 90 faizi..."- FOTOFAKT

Baxılıb: 651     Tarix: 29-05-2018 15:53   
"Son vaxtlar ad alanların 90 faizini tanımıram, yəqin yaxşı dostlarımız yoxdur, günah özümüzdədir".
Dünən müğənni Nadir Qafarzadə fəxri ad ala bilmədiyi üçün sosial şəbəkə hesabında video paylaşaraq buna ciddi narazılığını bildirib. Həmkarı Xatirə İslam isə onun bu postunun rəy bölməsinə ürək sözlərini yazıb:
"Əzizlərim, 18 ildir dayanmadan oxuyuram. Ön cəbhəyə qədər gedib çıxmışam, düz xəritənin o biri ucuna… Bütün dövlət tədbirlərinin hamısında təmannasız oxumuşam. Yəni mən yəqin ki, insanlar tərəfindən tələb olunmuşam ona görə də, aparıblar. Son vaxtlar ad alanların 90 faizini tanımıram, yəqin yaxşı dostlarımız yoxdur, günah özümüzdədir. Seçkilərdə müğənnilərə ayrılan pula heç vaxt barmağımı vurmamışam. Çoxları qonorarsız getməyib və bu gün ən hörmətli olanları da onlardır. Allah hamısının canını sağ eləsin. İnşallah, vaxt gələr həqiqi istedadlar da öz layiqli yerlərini tutar. Qaqa, yəqin qarışıqlıq olub, yaddan çıxmışıq".
Qeyd edək ki, ən azından Əməkdar artist adını qazanmaq istəyən Xatirə İslamın yazısını redaktə etmək xeyli vaxtımızı aldı. Belə iddialı sənətçi heç olmasa nöqtələrin yerini, sözlərin düzgün yazılışını bilməlidir. Vergülləri yenə bağışlamaq olar…
Xatırladaq ki, Nadir Qafarzadənin videosu yayıldıqdan sonra müğənni bu paylaşımını silib. Avtomatik olaraq Xatirə İslamın yazdığı rəy də onunla birgə silinib./minval.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar