Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Rusiyanın Əməkdar artistinin Bakı konsertinin vaxtı dəyişdirildi

Baxılıb: 796     Tarix: 12-03-2020 10:53   
 

 Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin aprelin 15-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti oktyabrın 14-nə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təşkilatçılar bu qərarı koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlərə uyğun olaraq verib.
Konsertlərə alınmış biletlərlə bağlı “iTicket.az”ın Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı satış məntəqələri, həmçinin 2 saylı köşkü ilə əlaqə saxlayıb məlumat almaq olar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb. Vətəndaşlara adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar