Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

Baxılıb: 905     Tarix: 13-03-2020 10:14   

“Görkəmli bəstəkar Müslüm Maqomayevin heykəlini hazırlamaq mənə tapşırılıb".
Bunu “Report”a açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.
Onun sözlərinə görə, M. Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq:
"Mənə heykəlin nə zamana bitirməli olduğum barədə hələ bir söz deyilməyib. Amma tuncdan töküləcəyi barədə məlumatım var. Heykəlin hündürlüyü 2,5 metr olacaq".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar