Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Tatu" qrupu qayıdır

Baxılıb: 425     Tarix: 04-10-2021 12:33   

36 yaşlı Lena Katina "Tatu" qrupunun yenidən fəaliyyətini bərpa edəcəyini açıqlayıb.
Qanunvehedef.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı Yuliya Volkova ilə birləşəcəklərini deyib. O, bunla bağlı izləyicilərinə sual ünvanlayaraq, üçüncü şəxsin hansı məşhur olmasını istədiklərini soruşub.
Müğənni həmçinin qrupla bağlı serial çəkildiyini söyləyib. Ekran işində Katina və Volkova rol alacaq.
Qeyd edək ki, "Tatu" qrupu 1999-cu ildə yaranıb. Qrupun prodüseri İvan Şapovalov idi. Qrupun saysız uğurlu çıxışları olub. 2003-cü ildə onlar Rusiyanı "Avroviziya"da təmsil ediblər. 2014-cü ildə Soçidə keçirilən olimpiyadadan sonra solistlər arasında mübahisə düşüb. Katina və Volkova bir-biri ilə danışmadığını dəfələrlə təsdiqləyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}