Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Poeziya

Baxılıb: 697     Tarix: 06-10-2021 11:39   
                                          
                                        Cümşüd Əli

  Kimi

Gecə keçir yarıdan,
Ömrümün ili kimi.
İndi qızaracaq dan,
Qərənfil gülü kimi.
 
Dan ulduzu nur saçır,
Şeriyyatdan söz açır,
Təbim məndən gen qaçır,
Oluram dəli kimi.
 
Fikrim geniş, dar otaq,
Çoxu yatıb,mən oyaq,
Qələm dönük, vərəq ağ,
Başımın teli kimi.
 
Fələk qurdu qurğunu,
Oldum sənət yorğunu,
Varmı sözün vurğunu,
Bu Cümşüd ƏLİ kimi.

1-ci Qarabağ döyüşlərində Şuşa uğrunda gedən döyüşlərdə 2-i övladlarını 1 gündə şəhid vermiş Fərrux babaya ithaf edirəm.
Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Amin.
 

           Bilər

Ağacın, calağın, barın qədrini,
Əkməyən nə bilsin, əkənlər bilər.
Övlad itkisini,övlad dərdini,
Çəkməyən nə bilsin, çəkənlər bilər.
 
Fələk yazan bəxtə bəndə neyləsin,
Övlad itkisinə kəsməz naləsin,
Ölüm şərbətini,qəm piyaləsin,
İçməyəm nə bilsin, içənlər bilər.
 
Qüssədən, kədərdən açılmaz başı,
Müdam yaşlı olar kipriyi,qaşı,
Gözlərdən qəlblərə tökülən yaşı,
Tökməyən nə bilsin, tökülən bilər.
 
Ucaldıb göylərə hay-harayını,
Soraqlar,axtarar övlad payını,
Dərdin qalasını,qəm sarayını,
Tikməyən nə bilsin, tikənlər bilər.
 
Cümşüd, kömək dursun bizə Yaradan,
Bu qanlı savaşlar çıxsın aradan,
Yaxşını-yamandan,ağı-qaradan,
Seçməyən nə bilsin, seçənlər bilər.

 Təcnis

İlk baxışdan sənə sevgim yarandı,
Sən unutdun düz ilqarı, yar, andı,
Bağrım başı vurduqların yarandı,
Dərd çəkməkdən qalmayıbdı sər indi.
 
Eşq odunun avandı nə, tərsi nə?
Üzür məni mərmər buxaq, tər,sinə,
İstəyirsən yar düzünə, tərsinə,
Xalı təki yollarına sər indi.
 
Kaşki, məni doğmayaydın oy, ana,
Nəzir payla yatmış bəxtim oyana,
Cümşüd kimi eşq oduna o, yana,
Deməyə ki, eşqin odu sərindi.

 İlham pərim

Göylərdə ulduz kimidir,
Mənim İlham pərim.
Dəymə-düşər qız kimidir,
Mənim İlham pərim.
Çağırılmamış qonaq gələr,
Qəlb evimi nura bələr,
Hər bir şeydən küsə bilər,
Mənim İlham pərim.
 
Tanrımızın o,quludur,
Yolu haqqın düz yoludur,
Təxəyyülün məhsuludur,
Mənim İlham pərim.
 
Gah ağlayır, gah da gülür,
Dərd-sərini mənlə bölür,
Məndə doğur,məndə ölür,
Mənim İlham pərim.

 Payız günü.

Bir payız günündə gəldim dünyaya,
Gözümdə hər tərəf xəzana döndü.
Tökülən yarpaqlar ömrün günütək,
Tərəziyə döndü, mizana döndü.
 
Bir payız günündə gəldim dünyaya,
Bələkdən çıxmamış, qəm sıralandı.
Bağlarım, bostanım bəhər verməmiş,
Ağaclar qurudu,tağ uralandı.
 
Gözümü açmamış qarlı qış gəldi,
Xəzana döndərdi ilk baharımı.
Dünyanın dərdləri mənə tuş gəldi,
İstədi sındırsın dağ vüqarımı.
 
Bir payız günündə gəldim dünyaya,
Gəldim ki, xoş günlər yaşamaq üçün.
Bu necə talehdi, bu necə qismət?
Gəlmədim zülümlər  daşımaq üçün.
 
Cümşüdəm, dərdlərim gəlməyir saya,
Yol getdim həyatdan, ölümə sarı.
Bir payız günündə gəldim dünyaya,
Bir bahar günündə köçəydim barı...

Olaydı.
 
Neylirəm dünyada dövləti,varı,
Deyirəm bir sağlam canım olaydı.
Yaxşılıq eləmək, hörmət qazanmaq,
Şərəfim olaydı, şanım olaydı.
 
Sevincdən, gülüşdən qurula taxtım,
Havayı ötməyə günlərim, vaxtım,
Bir az şeş olaydı talehim,baxtım,
Xoşbəxtlik, səadət yanım olaydı.
 
Bu doğma Vətəni azad görəydim,
Sökülən bağrını vəcdlə hörəydim,
Yolunda canımı qurban verəydim,
Qeyrətlə çağlayan qanım olaydı.
 
Tapaydım özümdə təpər, qeyrəti,
Bu qanlı döyüşdən dönməzdim qəti,
Qovub torpağımdan şəri,zülməti,
Zəfərlə açılan danım olaydı.
 
Elimə-obama sonsuz məhəbbət,
Hər şeydə halallıq, qəlbdə mərhəmət,
A Cümşüd, etibar bir də ləyaqət,
Kaş adım olaydı, sanım olaydı.

Təqdim etdi: 
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər