Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Burcu ilə evlərimizi ayırdıq” - Sinan Akçıl

Baxılıb: 224     Tarix: 11-01-2022 10:54   

2018-ci ildə aktrisa Burcu Kıratlı ilə ailə həyatı quran və doqquz ay evli qaldıqdan sonra boşanan Sinan Akçıl 2021-ci ilin fevralında ikinci dəfə nikah masasına oturmuşdu. Ancaq evliliklərinin birinci ili tamam olmadan cütlük haqda yenidən ayrılacaqlarına dair iddialar ortaya çıxıb.
Qanunvehedef.az “Hürriyet”ə istinadən xəbər verir ki, Burcu Kıratlının mənəvi atası Kenan Erçetingözün doğum gününə tək qatılması və barmağında üzüyünün olmaması da bu iddiaları gücləndirib.
Məsələ ilə bağlı danışan Sinan Akçıl bunları deyib:
“Bunlar hər evlilikdə baş verə biləcək böhranlardır. Hər gün danışırıq, çözməyə çalışırıq. Mən indi ikinci nikah öncəsi köçdüyüm 4-cü Leventdəki böyük mənzili Burcuya verdim, özüm ayrı bir yerə köçdüm. Amma sonda nə qərar alacağımızı indi bilmirəm. Bu, boşanma da ola bilər, təkrar eyni dam altında evliliyə davam etmək də. Burcu iki dəfə aşiq olub evləndiyim qadındır. İkinci dəfə evlənəcək qədər dəyər verdiyim bir qadın”.
Akçıl, həmçinin Burcu Kıratlının mənəvi atası Kenan Erçetingözün doğum gününə qatılmamasını belə izah edib: “Yeni ildə Bakıda idik və klip də çəkdiyim üçün geri dönməyim uzandı. Onu çox sevirəm, mənim üçün yeri başqadır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar