Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ağadadaş Ağayev: "Qarabağa dil uzadanın dilini kəsərəm"

Baxılıb: 702     Tarix: 30-04-2018 14:45   
 Xalq artisti Ağadadaş Ağayev "Qarabağda, Şirvanda, Bakıda muğam məktəbi yoxdur və olmayıb, məktəb Təbrizdədir" fikrinə yenidən açıqlama gətirib.
"Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində qonaq olan xalq artisti fikrinin üstündə dayandığını söyləyib:
"Təbriz üç dəfə-Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin dövründə paytaxtımız olub. Şah İsmayıl Xətai 1501-ci ildə Səfəvilər dövlətini qurub, Təbrizi paytaxt, dilimizi dövlət dili elan edib. Bəli, Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Arif Babayev, islam Rzayev hərəsi bir məktəbdir. Ancaq Təbriz bizim damarımızdan axan qandır və bir daha deyirəm ki, muğam məktəbimiz ordadır. Bizə deyirlər ki, İranyolu oxuyursunuz. Mən Təbrizyolu oxuyuram".
A.Ağayev bildirib ki, onun dediklərini təhrif edənlər düşmən dəyirmanına su tökənlərdir:
"Qarabağ bizim namusumuzdur, ona dil uzadanın dilini kəsərəm. Kim ki dediklərimi Qarabağ mövzusuna tərəf çəkib, düşmənlərin əlinə nəsə verməyə çalışırsa, o insanlar düşməndirlər. Onları qınayıram. İki-üç gün sonra Qarabağa gedirəm. İstərdim ki, yanımda Qarabağ oxuyanlarını da görüm. O gün oXocalıdan olan 30 uşağı sünnət etdirdim, hədiyyələrimi aldım. Qarabağa dil uzadanın dilini kəsməyə hazıram. Toparlansınlar, gəlsinlər, müzakirə edək. Arxamca söhbətin mahiyyətini bilmədən danışmasınlar. Muğamlarımızın tarixi Səfəvilər dövründən də qədimlərə gedir. Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun"u yazdı. Soruşdular ki, niyə birinci "Koroğlu"nu yazmadınız? Dedi ki, mən xalqımın qan yaddaşı muğamla bağlıdır. Əvvəlcə bunu yazdım ki, xalqımız sinfonik musiqiyə hazır olsunlar".
ölkə.azшаблоны для dle 11.2