Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Uzun Həsənin portreti, mum heykəli və mərasim geyimi - Sərgi üçün son hazırlıq gedir

Baxılıb: 603     Tarix: 20-10-2023 11:30   

Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışına hazırlıqlar gedir. 
Qanunvehedef.az xəbər verir ki, noyabrın 1-dən 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.
Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı)  saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.
Məhz bu sərgi üçün Uzun Həsənin portreti,  mərasim geyimi və mum heykəli, eləcə də həmin dövrün miniatürlərinin əks olunduğu xalça hazırlanır. Tarixi mənbələrə əsasən Uzun Həsənin obrazı, onun geyimi tərtib edilib. Toplanmış materiallar əsasında rəssam tərəfindən kətan üzərində yağlı boya ilə Uzun Həsənin portreti işlənilir, eləcə də mumdan heykəli hazırlanır. Həmçinin Uzun Həsənin nadir parça növlərindən əl ilə tikilmiş, dövrün ornamentləri ilə bəzədilmiş mərasim geyimi də hazırlanır. Hazırda emalatxanalarda son işlər aparılmaqdadır. Bütün bu eksponatlar da Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar