Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“ABŞ-də qab-qacaq yuyurdum, yerləri təmizləyirdim”

Baxılıb: 504     Tarix: 23-10-2023 11:03   

“ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım. Ora “bəlkələrin” əlindən getmişdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm”. 
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif qonaq olduğu “Qapqara” verilişində deyib.
Müğənni ABŞ-də yaşadığı zamanı həyatının ən çətin dövrü adlandırıb: “Orada cibimdə pul olmayanda bəzən parkların oturacağında yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim. Gözəl təcrübə idi. Bu, olmalı idi. Oturacaqda uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram. Nəticədə uduzmadım, əksinə, qazandım. Burada maddi məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar