Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Leyli və Məcnun” operasında narazılıq - Açıqlama

Baxılıb: 276     Tarix: 07-12-2023 11:55   

Ötən gün növbəti dəfə nümayiş etdirilən “Leyli və Məcnun” operası tamaşaçıların narazılığına səbəb olub.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası təmirdə olduğundan səhnə əsəri Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında təqdim olunub.
Məsələ burasındadır ki, tamaşaçılar səhnədə Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər - Arzu Əliyeva və Təyyar Bayramovu gözləsələr də, başqa mənzərə ilə rastlaşıblar. Onların sözlərinə görə, bilet seçərkən iTicket.az-da adıçəkilən artistlərin səhnə alacaqlarını oxuyublar və bundan sonra ödəniş ediblər. Tamaşa başlayandan sonra isə həmin rolları tələbələrin ifa etdiyini görüblər. Bunu hörmətsizlik kimi qəbul edən tamaşaçılardan bir qismi hətta zalı tərk edib. Vətəndaşlar deyir ki, göstərilən aktyorların niyə səhnəyə çıxmadığını soruşduqda isə təşkilatçılar bunun reklam məqsədilə edildiyini açıqlayıblar.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə əlaqə saxladıq. Teatrdan saytımıza bildirildi ki, sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir: “Dünənki tamaşa repertuar üzrə nümayiş etdirilib. Tamaşadan öncə bütün sosial şəbəkə hesablarımız vasitəsilə baş rol ifaçıları və digər yaradıcı heyətin tərkibi ilə bağlı məlumat paylaşmışıq. Dünənki quruluşda yer alan Rəvanə Əmiraslanlı və Xəyal Hüseynov illərdir teatrımızda çalışırlar. Xəyalı şəxsən teatrın direktoru Yusif Eyvazov “Məcnun” obrazına seçib. Reklam məqsədilə aldadıcı afişa yaymağımız həqiqəti əks etdirmir. iTicket.az-da yer alan tamaşa isə yanvar ayı üçün nəzərdə tutulub. O tamaşada Xalq artisti Mənsum İbrahimov çıxış edəcək”.
Problemlə bağlı adı hallanan Xalq artisti Mənsum İbrahimova da zəng etdik. Sənətkar “Qafqazinfo”ya bildirdi ki, ötən gün özü şəxsən operada tamaşaçı qismində iştirak edib: “Belə bir şey olduğunu indi eşitdim. Dünən orada idim. Tamaşaçılarla şəkil də çəkdirdim. Mənim iştirakımla olan tamaşa isə yanvarın 12-də olacaq. Ola bilsin, iTicket.az-da texniki səhv olub”.
Hüseyn Məmmədsalahov




Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar