Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Toyda bıçaqlanan məşhur tamada: "Kürəyimə dörd bıçaq vurdular" - VİDEO

Baxılıb: 335     Tarix: 11-12-2023 10:38   

Məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu Natiq Dağlaroğlu başına gələn bədbəxt hadisədən danışıb.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Günaydın Azərbaycan" verilişinə qonaq olan sənətçi ilk dəfə toyda bıçaqlanmağından danışıb.
Dağlaroğlu qeyd edib ki, toyda ofisantın pulunu verməyib. Bu zaman restoranda olan bir neçə şəxs ona və oğluna hücum edib. Natiq oğlunu qorumaq istəyərəkən kürəyindən 4 bıçaq yarası alıb:
"Zaldan üç nəfər çıxdı. Elə bildim kababçılardır. Dedilər uşaqla niyə elə danışırsan? Dedim ki, oğlum yaşdadır, nə var ki burada? Biz də Lerikə toya gedirik. Sərbəst kürəyimə dörd bıçaq vurdu. Ayıldım ki, oğlum ağ köynəkdədir. Musiqiçilərimizdən biri də kömək etmədi".
Xatırladaq ki, ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray" şadlıq evində məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu bıçaqlanıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ətraflı videoda:



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar