Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Pikasso və Şaqalın oğurlanan əsərləri zirzəmidə tapıldı

Baxılıb: 711     Tarix: 17-01-2024 14:46   

Dünyaca məşhur rəssamlar Pablo Pikasso və Mark Şaqalın 2020-cu ildə oğurlanan iki rəsm əsəri Belçikada tapılıb. 
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Belçikanın “La Libre” qəzeti yayıb.
Həmin il israilli kolleksiyaçıdan Təl-Əvivdə oğurlanan rəsm əsərləri Namyur şəhərinin bir sakinində aşkar edilib. Hazırda sözügedən şəxsə qarşı ittiham irəli sürülüb və həbs edilib.
Əsərlər evin zirzəmisində bükülmüş vəziyyətdə tapılıb. Burada söhbət Pikassonun “Tête”, Şaqalın isə “L’Homme en Prière” əsərindən gedir. Onların ümumi qiyməti təqribən 900 min dollar olaraq qiymətləndirilir. Bu rəsm nümunələri ilə yanaşı 680 min dollar dəyərində müxtəlif bəzək əşyalarının da oğurlandığı bildirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar