Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nura Suridən aparıcıların ünvanına SƏRT İTTİHAM: "Pozğunluğu təbliğ etmək..."

Baxılıb: 721     Tarix: 13-09-2018 11:23   

"Azərbaycanda aparıcı qıtlığıdır? Nolub, hər yerindən duran veriliş aparır. Ayıbdır! Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar?"
Qanunvehedef.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, azərbaycanlı aparıcıların ünvanına tənqidi fikirlər səsləndirib:
"İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar. Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Hələ peşəkar aparıcıları demirəm...
Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu nə bəhanədi? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!"






{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar