Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

POEZİYA

Baxılıb: 1 375     Tarix: 02-12-2024 14:20   
 
                     Sahin Hemidli
Tələbəlik illərinin ən sevimli, ən əziz dostlarımdan biri, əslən Qubadlı rayonunin Dondarlı kəndindən olan, dünyadan nakam gedən şair Məhərrəm Nəsibovun əziz xatirəsinə
Deyirdin
A şair Məhərrəm, sarışın oğlan,
Dünyayla küsüşən, barışan oğlan.
Hamıya qaynayıb, qarışan oğlan,
Halal olsun şeyri gözəl deyirdin.
Gözlərində qəm dumanı bir əlçim,
Baxışların göydə uçan göyərçin.
Fizulidən, Nəbatidən de, gəlsin,
Dostlar bilir, yaxşı qəzəl deyirdin.
Sevgi idi ilk məsləkin, son andın,
Dost içində azdan, çoxdan sınandın.
Xəyal sənin qara gözlü sonandı,
"Sona olan göldə üzər",deyirdin.
Hamı səni qoy tanısın yaxından
Gözəl qızlar əl çəkməzdi yaxandan.
Sevgi səni yandıranda, yaxanda,
"Hanı Şahin*, hanı Azər*? Deyirdin.
*Azər əslən Quba rayonunun Əmsar kəndindən idi.Azər, Məhərrəm və mən Bakı Dövlət Universitetinin "Azərbaycan dili və Ədəbiyyatı fakültəsində təhsil alırdıq.Üçümüz də auditoriyada bir stolun arxasında otururduq.
      Allah dünyadan nakam getmiş tələbə dostumuz şair Məhərrəmi qəni-qəni rəhmət eləsin.Ruhu şad olsun.
PylAŞDI
Qəni Hüseynovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar