Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

POEZİYA - Sahin Hemidli

Baxılıb: 1 603     Tarix: 06-12-2024 14:04   
                                    Sahin Hemidli
Başqırıstanın Ufa şəhərində yaşayan  şair  dostum və eloğlum Baloğlan Cəlil üçün             
Həsrət qərib ölkədir
Baharı vəsf etməyə
Sözlərin qəribsəyib.
El-obanı görməyə
Gözlərin qəribsəyib.
Həvəsin coşqun dəniz,
Arzuların bir ada.
Sevmək üçün yaradıb
Şair, səni yaradan.
Bir şeir yaz, əzizim
Sağlığına ürəyin.
Havadarın xəyaldır,
Qələm-kağız gərəyin.
Keçir şerin içindən
Ömrünün qismət yolu.
Qürbət yerin içində
Qəlbin vətənlə dolu.
Ömür-gün bostanında
Sevgi bitəndi, şair.
Həsrət qərib ölkədir,
Vüsal vətəndi şair.
Paylaşdı 
Qəni Hüseynov
            




Ən çox oxunanlar
{sape_links}{sape_article}