Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Ərim xərçəngdən öldü” - Aysel

Baxılıb: 726     Tarix: 01-05-2018 14:29   
Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 
Qanunvehedef.az” xəbər verir ki, 28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib: “Bu, mənim həyatımın kədərli bir hekayəsidir. O, musiqiçi və pianist idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq həqiqətən də o, mənim həyatıma böyük müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi”.
Sayt yazır ki, Aisel bir müddət İsraildə yaşayıb: “Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim tibbi müalicə qəbul edirdi, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm”.
Daha sonra müğənni mahnını həyat yoldaşının xatirəsi üçün ifa edəcəyini söyləyib.



{sape_links}{sape_article}