Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məni onların sevgisi həyata qaytardı – Musa Yaqub

Baxılıb: 589     Tarix: 08-10-2018 09:23   

Xalqın sevimli şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə şair Musavat.com-a açıqlamasında bildirib. O, vəziyyətinin getdikcə yaxşılaşdığını deyib:
“Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmi bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki görməmişəm”.
Şair yazdığı son şeirlərindən də söz açıb:
“Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım”.
Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar