Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Buz dövrü” başlayır: təbii proses, yoxsa NASA hücumu?

Baxılıb: 542     Tarix: 08-10-2018 12:36   

NASA mütəxəssisləri Günəş ləkələri və Yerin ən üst təbəqəsi olan termosferdə araşdırma aparıblar. Araşdırmalar nəticəsində termosfer qatının soyuyaraq daraldığı, Günəş ləkələrinin isə ən aşağı səviyyəli hərəkətlilikdə olduğu üzə çıxıb. Mütəxəssislər belə bir şeyə sonuncu dəfə 18-ci əsrdə rast gəlindiyini və bu olayın tarixə "Kiçik buz dövrü" kimi düşdüyünü xatırladıblar. NASA, vəziyyət bu cür davam etsə, bir neçə ay ərzində rekord soyuqların müşahidə olunacağını açıqlayıb.
Bu barədə ekoloq Telman Zeynalov bildirib ki, hazırda Yer kürəsində soyuqlaşma dövrüdür:
“Bir neçə aydan sonra havaların kəskin soyuyacağı ilə bağlı konkret bir söz demək olmaz. Ancaq onu deyə bilərəm ki, hər 70 ildən bir iqlim dəyişilir. Havalar ya tədricən isinir, ya da soyuyur.
2002-ci ildən etibarən hava tədricən soyumağa başlayıb. Hələ oktyabrın 8-i olmasına baxmayaraq, insanlar qış geyimində gəzir. Bu da soyuma prosesinin nəticəsidir. 1967-ci ildən havalar isinməyə başlamışdısa, indi əksi baş verir.
Stratosferin aşağı təbəqəsində reaktiv küləklər var. NASA alimləri onları idarə edib istədikləri yerdə qasırğa, daşqın yarada, temperaturu birdən-birə 50 dərəcəyə qaldıra bilərlər. Bu, onların əlindədir”.шаблоны для dle 11.2