Lacın rayon Vəlibəyli kənd sakini Şəhid Qənimətov Ətraf Oktay oğlunun əziz xatirəsinə.
Baxılıb: 1 172 Tarix: 28-07-2025 13:22

Qəddini əymə.
Ata vüqarlı ol,başını əymə,
Şəhidlik zirvədi, zirvəyə dəymə,
Belin bükülməsin,qəddini əymə,
Şəhid Vətənindi,torpağa dəymə,
Ay Şəhid atası ,qəddini əymə.
Doğulan günündən,alın yazısı,
Qisməti,talehi,günün yazısı,
Belədir Şəhidin qismət,yazısı,
Şəhid Vətənindi,torpağa dəymə.
Ay Şəhid atası,qəddini əymə.
Vəlbəyli düzündə bitibdi lalə,
Al qanın icində itibdi lalə,
Ətrafın qanıyla bitibdi lalə,
Əl vurma, toxunma,laləyə dəymə.
Ay Şəhid atası,qəddini əymə.
Hər qarışı bir Şəhidin qanıdı,
Hər cicəyi bir əsgərin canıdı,
Döyüş gedən,zəfər calan anıdı,
Şəhid Vətənindi,torpağa dəymə.
Ay Şəhid atası,qəddini əymə.
Əl vurma inciyər torpağı,daşı,
Şəhidin məzarı, uca baş daşı,
Zər ,inçi,mirvari,qızıldan daşı,
Şəhid Vətənindi, torpağa dəymə.
Ay Şəhid atası,qddini əymə.
Torpaq yetişdirib,belə oğullar,
Sərkərdə analar doğur oğullar,
Mərdi,cəngavəri, şəhid olurlar,
Şəhid Vətənindi,torpağa dəymə.
Ay Şəhid atası,qəddini əymə.
Bu yolu birinçi atalar kecib,
Oktayda vətənin keşiyin cəkib,
Ətrafa mərdlikdə qanınan kecib,
Şəhid Vətənindi,torpağa dəymə.
Ay Şəhid atası,qəddini əymə.
Ay Qəni sönübdü düşmən cırağı,
Məhv olubdu özləri,yoxdu dayağı.
Zəngəzurda dalğalanır bayrağı,
Şəhid Vətənindir,torpağa dəymə,
Ay Şəhid atası ,qəddini əymə.
Qəni Hüseynov
22.07.2024.
Bütün Şəhidlərə Allahdan rəhmət diliyir,Yerləri cənnət məkan olsun deyirik.
Ən çox oxunanlar
Son xəbərlər