Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bir Xan köçdü,bu dünyadan.!

Baxılıb: 4 358     Tarix: 04-08-2025 13:07   
  

Azərbayçan Respubilkasının Xalq artisti,
Professor, dahi sənətkar Arif Babayevin
əziz xatirəsinə.
Gözəl alim ,gözəl usdad,
Köc eylədi bu dünyadan,
Polad kimi əyilməyən,
Bir Xan köçdü ,bu  dünyadan.!
Cox maraqlı ,gündəm anı,
Dünya boyda şöhrət,sanı,
Xalq artisti, el adamı,
Bir Xan köçdü ,bu dünyadan.!
Qoca dünya cox udubdu,
Mütəllimi,Çabbar , Xanı,
Xan əminin yadigarı,
Bir Xan köçdü,bu dünyadan.!
Arif oldu dünya ücün.
Sürdü devran,sürdü köcün,
Yaşayıbdir muğam ücün,
Bir Xan köçdü,bu dünyadan.!
Xatırlayar xalqım ,elim,
Unudulmaz şirin dilin,
Uddu dünya, neçə nərin,
Bir Xan köçdü,bu dünyadan.!
"Yaşda catır səksən,doxsan,"
Görəssən ki,bir gün yoxsan,
Muğam varsa hər an toxsan,
Bir Xan köçdü, bu dünyadan.!
Qəni deyir cox əzəmət,
Vüqarlıydı qəddi-qamət,
Səsindəki  gur məlahət,
Bir Xan köçdü,bu dünyadan.!
 
Qəni Hüseynov
03.08.2025.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar