Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bir müddət səhnəyə çıxa bilməyəcək

Baxılıb: 584     Tarix: 21-08-2025 13:50   

Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovda 2-ci tip şəkərli diabet xəstəliyi aşkar edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.
Bildirilib ki, sənətçi zəiflik və əhval-ruhiyyəsinin tez-tez dəyişməsindən əziyyət çəkir.
Bununla belə, hər gün insulin iynəsi vurulan Kirkorov pəhriz saxlamaqdan imtina edir.
Məlumata görə, həkimlər aprel ayındakı konsertində atəşfəşanlıq zamanı aldığı yanıq xəsarətlərindən sonra müğənninin diabet xəstəliyindən əziyyət çəkməsindən şübhələniblər. Belə ki, onun yarası uzun müddət sağalmayıb ki, bu da diabetin əlamətlərindən biridir.
58 yaşlı Kirkorov səhhəti ilə bağlı hələ konsertlərinə geri dönə bilməyəcək. Yeni konsert isə 2026-cı ilin fevralına planlaşdırılıb.
Xatırladaq ki, rusiyalı müğənni aprelin 25-də Sankt-Peterburqdakı konserti zamanı yanıq xəsarətləri alıb. Onun bel hissəsinə quraşdırılan pirotexniki avadanlıq səbəbindən pencəyinin bir hissəsi alışıb. Nəticədə aldığı xəsarətlərdən onda dəri nekrozu yaranıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}