Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

POEZİYA - Şəlvə dərəsi

Baxılıb: 3 197     Tarix: 28-08-2025 11:30   
Qəni Hüseynov
  
Şəlvə dərəsi.
Səndən ayrı düşən ellərin bezir,
Adın dodaqlarda,dillərdə gəzir.
Sinəndə gəzməyə demişuk nəzir,
Dolanaq başına Şəlvə dərəsi.
Hər tərət qartallı dağ,meşə idi,
Gur axan çayların şəlalə idi,
Başına dolanan pərvanə idi,
Qurbanıq daşına Şəlvə dərəsi.
On bir para kəndin mərkəzi Şəlvə,
Mərdlərin məkanı, dağlara qiblə,
Seyidlər məkanı, imama Kəbə,
Dən düşüb sacıma Şəlvə dərəsi.
Muncuqlu cayından başlayır Şəlvə,
Üz tutub gedirsən cənnətə səndə,
Yol alıb qalxarsan dağlara birdə,
Arxasan Lacına Şəlvə dərəsi.
Başının üsdündə Keşikci dağı,
Hətəmlər kəndinin vardır novrağı,
Daşdının daşından qaynar bulağı,
Heyranam daşına Şəlvə dərəsi.
Ovculuqda ad alıbdı Kahalı,
Hacıxanlıdır narızanlı, qalalı,
Vəlbəylidi həm gədikli,talalı,
Ad catmaz adına Şəlvə dərəsi.
Dambulaüdı Seyidlərin məkanı,
Din şəriətə cox bötükdü inamı,
İmanlardı Çalbayırın gumanı
Vurğunam qışına Şəlvə dərəsi.
İsdərəm yolumu dağlardan salam,
Qovuşuq kəndində xəyala dalam,
Budaq dərəsində mən qonaq qalam,
Al bizi qoynuna Şəlvə dərəsi,
Qəni o yurdları gəzib dolana,
Narışlar kəndində ocaq qalana,
Yağı düşmən viran olub talana,
Başcı ol qoşuna Şəlvə dərəsi.
10 sentyabr 1998 - ci il.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar