Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Var dövlətdən söz qalacaq, bu dünyada.

Baxılıb: 1 736     Tarix: 30-09-2025 15:25   

Var dövlətdən söz qalacaq, bu dünyada.
Məndə belə ,belə gəldim ,bu dünyaya,
Allah məni bəxş elədi ,bu dünyaya,
Ağlaya -sızlaya gəldim, bu cahana,
Birin deyim,birin yazım, bu dünyada
Bir ad günü,bir şad günü ,məndə yazım,
Biri köcür, bu dünyadan, anım yazım,
Toy -nişandır birin deyim,birin yazım,
Gündəliyi, məndə yazdım, bu dünyada.
Yazılası çox şeylər var aram-aram,
Qaysaq tutmur,sızıldayır mənim yaram,
Düşünsünlər,qoy görsünlər ,məndə varam,
Tarix yazım, nəsə qalsın ,bu dünyada.
Yaddaşımı çox çözürəm ,söz düzümü,
Kimə neçə təqdim edim,mən özümü,
Aşkarada mən deyirəm,mən sözümü,
Duyan desin kimliyimi, bu dünyada.
Qəni hər vaxt əlindədi sənin qələm,
Təbin gəlsə,ruhuna da ,məndə  gəlləm,
Yaz ay şair söz mülkünə, sözlə gəlləm,
Var dövlətdən söz qalacaq ,bu dünyada.
Var dövlətdən söz qalacaq ,bu dünyada.
28.09.2025.
Qəni Hüseynov




Ən çox oxunanlar
{sape_links}{sape_article}