Xəbər lenti
10/11/2025 [11:15]
Ağdaşda zəlzələ oldu
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Türkiyədə qalmaqallı menecer barəsində yenidən həbs qərarı çıxarıldı

Baxılıb: 463     Tarix: 03-10-2025 09:47   

Gəzi Parkı etirazlarını planlaşdıranlardan biri olmaqda təqsirləndirilən və 8 aydan çox həbsdə qaldıqdan sonra sərbəst buraxılan menecer Ayşe Barım haqqında yenidən həbs qərarı çıxarılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə onun vəkili Deniz Ketenci məlumat yayıb.
Bildirilib ki, məhkəmə Barımın yenidən həbsinə qərar verib.
Qeyd edək ki, A.Barım oktyabrın 1-də keçirilən ikinci iclasında şərti azadlığa buraxılıb.
Barım beynəlxalq səyahət qadağası və ev dustaqlığı ilə axşam saatlarında həbsdən azad edilib.
Lakin İstanbul Baş Prokurorluğu onun azadlığa buraxılmasına etiraz edib.
Əlavə edək ki, 248 gündür həbsdə olan menecerin ölkədən çıxışına qadağa qoyulub.
Xatırladaq ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar