Xəbər lenti
27/11/2026 [12:46]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda toy günü inanılmaz HADİSƏ: Gəlini şadlıq sarayına... FOTO

Baxılıb: 702     Tarix: 15-10-2018 12:23   

Şəkidə ilk dəfə toy günü gəlin maşını şadlıq sarayına traktorların müşayəti ilə gətirilib.
Öryət kənd sakinləri Ümid Əsgərov və Şəfəq Əsgərova cütlüyü gəlin maşını ilə şadlıq evinə gedərkən kəndin elə ilk döngəsində bəyin dostlarının maraqlı surprizi ilə qarşılaşıb.
Bəy Ü.Əsgərovun iş yoldaşları və dostları cütlüyə xoş anlar bəxş etmək üçün Öryət kəndindəki bütün traktorları bir araya toplayıblar. Dostlar traktorları üçrəngli bayraqlarla, gül-cicək və şarlarla bəzəyiblər. Gəlin maşını kənddən rayon mərkəzindəki şadlıq evinə qədər 15 km-ə yaxın məsafəni traktor karvanı ilə qət edib.
Dostların bu sürprizi bəylə gəlinin, onların yaxınlarının, qonaqların marağına səbəb olub, toy mərasimini daha yaddaqalan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar